Gömrük komitəsinin əməkdaşı iş başında öldü

2019-01-24 18:08:53 / 1634 dəfə oxunub
Dövlət Gömrük Komitəsnin (DGK) əməkdaşı iş başında ölüb.

Sabahinfo.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. DGK-nın "Mazımçay” keçid məntəqəsinin yük daşınma şöbəsinin əməkdaşı, Zaqatala şəhər sakini, 1975-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Tanrıverdiyev Zaqatala şəhər ərazisində iritonnajlı yük maşınından anbara yükün boşaldılmasına nəzarət edən zaman qəfildən halı pisləşərək vəfat edib.

Ə.Tanrıverdiyevin ölümünün səbəblərinin müəyyənləşdirməkdən ötrü meyit Səhiyyə Nazırliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!