Deputatın oğlu xizək qəzasında ölməyib - TƏFƏRRÜAT

2019-01-25 10:53:39 / 1165 dəfə oxunub
"Deputat Əsabil Qasımovun oğlu İsveçrədə xizək qəzası zamanı dünyasını dəyişməyib”.

Sabahinfo.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya deputatın köməkçisi Rauf Həşimov məlumat verib. O qeyd edib ki, mərhum ümumiyyətlə, xizək sürə bilməyib: "O, kanatda olub. Bu zaman qan təzyiqi yüksəlib, dərhal kanatdan düşürüb otelə gətiriblər. Amma oteldə həkim olmadığından Elçin Qasımova müdaxilə olunmayıb. Elə bu səbəbdən də vəfat edib.

Mərhumun meyiti hələ Bakıya gətirilməyib. Ola bilsin ki, bu gün axşam gətirilsin. Prosedurlar çətin olduğundan cənazəni hələ gətirə bilməmişik”.

Qeyd edək ki, Elçin Qasımov 2 gün əvvəl 29 yaşında dünyasını dəyişib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!