Şəhid ailəsinin üzvü: Hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edirik

2019-01-29 11:08:15 / 2753 dəfə oxunub

Prezident İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir və biz də şəhid ailəsi olaraq bu diqqət və qayğını hər zaman hiss edirik.

Bunu Trend-ə şəhid ailəsinin üzvü Muxtar Qəhrəmanov bildirib.

M.Qəhrəmanov bildirib ki, şəhid ailələri üçün güzəştlər tətbiq olunur, onlara müavinətlər verilir, mənzillər təqdim olunur:

"Bizə göstərilən diqqət və qayğıya görə Prezidentimiz İlham Əliyevə ailəmiz adından təşəkkürümü bildirirəm. Prezident Sarayında dövlətimizin başçısının şəhid ailələri ilə görüşündə mən də iştirak edirdim və bir daha şəhid ailələrinə göstərilən qayğının şahidi oldum. Biz şəhid ailəsi olaraq hər zaman Prezidentimizin diqqətini hiss edirik”.

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!