İcra Hakimiyyəti: Bərdədə tapılan azyaşlıların qeydiyyat yeri bilinmir

2019-02-04 12:19:42 / 2523 dəfə oxunub

Bərdədə küçədə tapılan iki azyaşlı ilə bağlı araşdırma aparılır.

Adalet.azxəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlizamin İsayev deyib.

Onun sözlərinə görə, hazırda uşaqlarla bağlı araşdırma aparılır: "Hələlik araşdırma aparılır ki, uşaqlar və valideynləri hansı rayonda qeydiyyatdadır. Hələ bu məlumatlar tam dəqiqləşməyib. Rəsmi dəqiqləşdirilmə aparılandan sonra aidiyyəti qurumlara məlumat veriləcək".

Qeyd edək ki, fevralın 3-də gecə saatlarında Bərdə rayonunda şadlıq evlərindən birinin qarşısında hər ikisi azyaşlı olan bir qız və bir oğlan uşağı aşkar edilib. Azyaşlılar təcili yardımla xəstəxanaya çatdırılıblar.

Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Trend-ə bildirib ki, ilkin ehtimallara görə, uşaqlarının birinin 1, digərinin isə 2 yaşı var.

Faktla bağlı polis araşdırmalara başlayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!