Əli Abbasovun adamı həbsdən canını qurtardı - 300 minlik villasını verib

2019-02-14 11:29:44 / 2614 dəfə oxunub
Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Şahin Tağıyev mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən ev dustaqlığında olan Ş.Tağıyevə şərti cəza verilib.

Şahin Tağıyev sərbəst ifadəsində rəhbəri olduğu qovşaqda görülən işlərin şişirdilməsini və əldə edilən məbləğin mənimsənilməsini təsdiq etmişdi. Lakin o demişdi ki, bunu podratçı şirkət edib: "Mənim marağım sadəcə bu işin görülməsi olub. Podratçı şirkətlə razılığı mən imzalasam da, pulu mən ödəməmişəm. Heç bir məbləğ də almamışam. Mən özümə haqq qazandırmıram. Amma heç kəsdən qalan puldan özüm üçün heç nə almamışam".

Məhkəmədə o da məlum olmuşdu ki, Ş.Tağıyevin 300 min manat məbləğində dəyərləndirilən Qəbələdəki iki mərtəbəli evinə məhkəmə qərarı ilə həbs qoyulub.

İttiham aktında yazılır ki, Qəbələdə görüləcək rabitə işlərinə nazirlik tərəfindən ayrılan pulun 90 faiz Oqtay Rüstəmova verilib. Həmin məbləğin 1 faizi bank əməliyyatlarına ayrılıb.

Ş.Tağıyevin dediyindən məlum olub ki, qalan 9 faiz məbləğlə isə Qəbələ rayonu ərazisində rabitə işləri görülüb.

Amma istintaq belə qənaətə gəlib ki, Ş.Tağıyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əmlakını mənimsəyiblər.

Ş.Tağıyev ümumi mənimsənilən 1 milyondan artıq məbləğin 10 faizini şəxsən özü tərəfindən mənimsəmədə günahlandırılır. İstintaqla müəyyən edilib ki, Ş.Tağıyev rəisi olduğu qovşaqda işlərin görülməsi üçün ayrılan vəsaitdən 168 min manatını mənimsəyib.

Ş.Tağıyev verilən ittihamla özünü təqsirli bilməyib. O deyib ki, istintaqın müəyyən etdiyi 168 min manat məbləği özü götürməsə də ödəyib

Qeyd edək ki, Ş.Tağıyev həbs edilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, sabiq nazir Əli Abbasovun adı "Rabitə işi"bəs dəfələrlə çəkilsə də o, cinayət məsuliyyətinə cəlb edilməsi. Dövlət büdcəsindən milyonlar talamaqda ittiham edilən 11 rabitə işçisinə məhkəmə hökmü ilə cəza verilsə də həmin işçilərə rəhbərlik etmiş, sadəcə aylıq xərci 300 min manat olan (bu fakt cinayət işi materiallarında var və Əli Abbasov da istintaqdakı ifadəsində bunu təsdiq edib) Əli Abbasov məsuliyyətə yaxa qurtara bildi... (Musavat.com)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!