Rəsmi nikah olmadan kəbin kəsən mollalara xəbərdarlıq

2019-02-15 15:05:36 / 1354 dəfə oxunub
İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti var.

Bunu Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bütün məscidlərdə dini kəbin kəsdirən şəxslərdən Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVAQ) şöbələrinin rəsmi nikah sənədi tələb olunur.

H.Hüseynova deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası ilə rəsmi nikahsız kəbin kəsilməsinə qadağa qoyub:

"Lakin bununla yanaşı, biz görürük ki, çoxlu sayda cütlüklərin rəsmi nikahı olmasa da, dini kəbinləri var. Əlbəttə ki, belə ailələrin hüquqlarını müdafiə etmək bir qədər çətinlik yaradır. Xüsusilə də erkən yaşda nikaha girən qızların hüquqlarının müdafiəsi çətin olur. Buna görə də İnzibati Xətalar Məcəlləsində rəsmi nikah sənədi olmadan kəbin kəsən mollalar üçün məsuliyyətin müəyyən edilməsi zərurəti yaranır. Nəzərinizə çatdırım ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin ölkəmizlə bağlı tövsiyələrində də bu öz əksini tapıb”. (Trend)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!