Əflatun Amaşov gürcü səfirlə dəqiqləşdirmələr apardı

2019-04-01 14:40:20 / 1070 dəfə oxunub

Bu gün Milli Məclisinin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, görüşdə Gürcüstan-Azərbaycan münasibətlərinin indiki səviyyəsindən məmnunluq ifadə olunub. Bildirilib ki, ölkələr arasında iqtisadi, siyasi, mədəni və digər müstəvidə əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Gürcüstan parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında da sıx əməkdaşlıq mövcuddur ki, bu da özünü hər iki ölkənin parlament üzvlərinin müxtəlif beynəlxalq tədbirlərdə regionla bağlı ortaq mövqedən çıxış etmələrində göstərir.

Görüşdə Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri üzərində də dayanılıb. Qeyd olunub ki, Gürcüstan prezidentinin hər iki ölkənin torpaqlarının işğalı faktını xüsusi qabartması, işğala son qoyulmasının vacibliyini vurğulaması son dərəcə vacib məqamdır.

Məlum olduğu kimi, 9 aprel tarixi Gürcüstanda dövlət müstəqilliyinin bərpası günü kimi qeyd olunur. 1989-cu il həmin tarixdə sovet qoşunları Tiflisdə gürcü xalqının azadlıq tələbi ilə keçirdiyi dinc mitinqi dağıtmış, nəticədə 21 nəfər həlak olmuşdu, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənmişdi. Bir ildən sonra yanvarın 20-də oxşar faciə sovet qoşunları tərəfindən Azərbaycanda da törədilmişdi. Görüşdə bu barədə müzakirə aparılıb. Səfir Z.Pataradze bildirib ki, rəhbərlik etdiyi ali diplomatik missiya Gürcüstanın müstəqilliyinin bərpasının 30 illiyini geniş qeyd edəcək. Bununla bağlı görülən hazırlıq işlərinə nəzər salınıb, bir sıra məqamlar dəqiqləşdirilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!