Videosu yayılan qızlar sərbəst buraxıldı

2019-04-01 17:49:56 / 2301 dəfə oxunub
Qalmaqallı video ilə bağlı saxlanılan 3 qadın ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Qalmaqallı video ilə əlaqədar 2 kişi və 3 qadın Nəsimi Rayon Polis İdarəsinə dəvət olunub.

Polisə ifadə verən qadınlar videonun yayılmasıı ilə bağlı narahat olduqlarını bildiriblər. İzahatları alınandan sonra hər 3 qadın sərbəst buraxılıb.

Qeyd edək ki, paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunan məclisdə iştirak edən 3 qadının mahnı oxuyan yerdə çılpaq görüntüləri yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ictimai qınağa tuş gələn görüntülər məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb. (ONA)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!