Musa Quliyev: İlham Əliyev verdiyi sözə sadiq rəhbərdir

2019-04-02 11:55:34 / 2118 dəfə oxunub

Dövlət başçısı İlham Əliyevin növbəti dəfə ölkə prezidenti seçilməsindənartıq bir il keçir. Bu müddət ərzində ölkə prezidentinin fəaliyyəti onu göstərdi ki, İlham Əliyev verdiyi sözə sadiq bir rəhbərdir.

Özü də dəfələrlə söyləyib ki, bizim siyasətimiz bizim işimizdir və bizim siyasətimizin mərkəzində Azərbaycan xalqı dayanır, bu xalqın maraqları durur.

Sabahinfo.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, 2018-ci ilin aprelindən,11 aprel seçkilərindən keçən bu dövr ərzində dövlət başçısı qarşıya qoyduğu bütün vəzifələrin hamısının öhdəsindən gəlib.

"Seçkiqabağı dövrdə hansı məsələlər ki, prioritet istiqamət olaraq irəli sürülmüşdü, onlar hamısı mərhələ-mərhələ həyata keçirilir. Sosial islahatlar Azərbaycanda çox uğurla davam edir, bunlar inqilabi islahatlar adlandırıla bilər və belədir.

Dövlətin təhlükəsizliyinin qorunması, ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın xarici siyasətdə milli maraqlarının üstünlük təşkil etməsi, daxili siyasətdə isə sosial rifah, sosial müdafiə və iqtisadiyyatın gücləndirilməsi əsas prioritet istiqamətlərdir və cənab prezident bunların hamısının öhdəsindən gəlib.

Eyni zamanda, cənab prezident bu yaxınlarda məhkəmə-hüquq sistemində, səhiyyə sahəsində, təhsil sektorunda islahatların başlanacağının anonsunu verib.

Bu sahələrdə də ciddi islahatlara ehtiyac var və bu islahatlar mütləq həyata keçiriləcək, öz müsbət töhfələrini mütləq verəcək”, - deyəM.Quliyev əlavə edib.

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!