Ögey uşaqlı analara qanunvericiliklə güzəşt olunması təklif edilir

2019-04-02 16:42:47 / 1832 dəfə oxunub
Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınması üçün "Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişiklik olunması təklif edib.

Bu, Palatanın 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd olunub ki, təklif üzrə təqdim olunan məlumata görə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi və "Sosial müavinətlər haqqında " Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb və razılaşdırılmaqdadır. (Report)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!