Ağstafada gənclər hərbi xidmətə yola salındı

2019-04-02 16:45:11 / 5512 dəfə oxunub

"Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə geniş tədbir keçirildi.

Sabahinfo.az xəbər verir ki, tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə rayon İcra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və zabitləri, Böyük Vətən müharibəsi veteranları, rayon ağsaqqalları və Qarabağ müharibəsi əlliləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, çağırışçı gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edibdir. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstləri qoydular, Ulu öndərə hörmət və ehtiramlarını bildirdilər.


Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək hərbi xidmətə yola salınan gəncləri təbrik etdi. Onları Vətənin müdafiəsi kimi müqəddəs işdə ayıq sayıq olmağa çağırdı, hərbi nizamnamələrin və komandirlərin tələblərinə əməl etməyi, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etdi. Azərbaycan ordusunun yaranma tarixindən, ölkə başçısı cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlərdən danışdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nazim Çələbiyev məruzə edərək bildirdi ki, cənab Prezidentin Sərəncamına uyğun olaraq vətəndaşların həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar təşkilati tədbirlər həyat keçirilir, çağırışçıların hər biri artıq hansı hərbi hissədə qulluq keçəcəklərini qabaqcadan bilirlər. Yola salınan gənclərə tövsiyələrini bildirərək onlara uğurlu xidmət arzuladı. Daha Sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını və onlara vətənin layiqli əsgərləri olmalarını tövsiyə etdilər.


Sonda çağırışçılar müqəddəs Quran kitabının altından keçərək dövlət bayrağını öpüb hərbi hissələrə yola salındı.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!