Nazirliyə məxsus binada yanğınla bağlı RƏSMİ MƏLUMAT

2019-04-03 11:52:41 / 1765 dəfə oxunub
Fövqəladə Hallar Nazirliyi (FHN) Mədəniyyət Nazirliyinə məxsus Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Sabahinfo.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb.

Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 kv.m olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kv.m sahədə, digər otağın və dəhlizin tavanı 20 kv.m sahədə yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb.

Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!