Oqtay Şirəliyev əmr imzaladı

2019-04-03 12:03:48 / 929 dəfə oxunub
Səhiyyə naziri Oqtay Şirəliyev "Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə” əmr imzalayıb.

Sabahinfo.az xəbər verir ki, əmrə əsasən, nazirlikdə könüllü fəaliyyəti təşkil olunacaq.

Əmrdə bildirilib ki, könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq.

Eyni zamanda, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilən şəxslərlə müqavilə bağlanılacaq.

Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!