Sumqayıtda sərnişinlər marşrut xəttinin ləğvinə etiraz ediblər - PULSUZ AVTOBUS XƏTTİ AÇILIB

2019-04-03 13:35:48 / 1249 dəfə oxunub

Sumqayıt şəhərində fəaliyyət göstərən 55 nömrəli marşrut xəttinin bağlanması sərnişinlərin narazılığına səbəb olub.

ONA-nın yerli bürosunun məlumatına görə,sərnişinlər bu gün səhər saatlarında marşrutun son dayanacağında toplaşaraq "Sumqayıt Nəqliyyat" MMC-nin direktoru Xannı Rüstəmova öz etirazlarını bildiriblər. Sakinlər xəttin fəaliyyətini dayandırılmasından əziyyət çəkdiklərini və bunun əlavə problemə yol açdığını qeyd ediblər.

Qeyd edək ki, sözügedən marşrut xətti şəhərin mərkəzi bazarından "Naxalstroy" deyilən yaşayış massivi istiqamətində fəaliyyət göstərib. Artıq həmin ərazidə yaşayan sakinlərin problemi qismən həllini tapıb.Belə ki, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq SaydumovONA-ya açıqlamasında bildirib ki, 5 nömrəli marşrut xətti uzadılıb və bununla yanaşı, sakinlərin yaxın marşrut xəttinə çıxarılması üçün müvafiq tədbirlər atılıb: "Bunun üçün həmin ərazidən yaxın marşrut xəttinə 3 ədəd avtobus işləyəcək. Bu avtobusların xidmətindən sakinlər pulsuz istifadə edəcəklər. Həmin sürücülərin əməkhaqları isə idarə tərəfindən ödəniləcək".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!