Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüş yeri bilindi

2019-04-04 19:18:33 / 1298 dəfə oxunub
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında növbəti görüş Moskvada keçiriləcək.

Bu barədə ONA-nın Moskva müxbirinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Görüş yaxın vaxtlarda keçiriləcək, lakin tarix hələlik tam dəqiqləşməyib.

MDB Xarici işlər nazirləri Şurasının sabah Moskvada keçiriləcək iclasında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilmə ehtimalının olmadığını bildirən mənbə deyib ki, sabahkı toplantıda Ermənistanı XİN başçısının müavini təmsil edəcək.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov bu gün Brüsseldə keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yaxın vaxtlarda Minsk qrupu həmsədri ölkələrindən birinin paytaxtında keçiriləcəyini bildirib.

Nazir deyib ki, bununla bağlı ilkin razılaşma əldə olunub.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!