Deputat aprel şəhidinin xatirəsinə həsr olunmuş tədbirə qatılıb

2019-04-05 12:25:56 / 1740 dəfə oxunub

Deputat Novruz Aslanov aprelin 4-də İsmayıllı şəhər Gənclər Mərkəzində aprel döyüşündə şəhid olmuş Mikayıl Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirdə iştirak edib.

Rayon İcra Hakimiyyəti başçısının, rayon ictimaiyyətinin, şəhidin ailə üzvlərinin iştirak etdiyi bu tədbirdə aprel döyüşlərində şəhid olmuş bütün vətən oğulları yad edilib. Millət vəkili Novruz Aslanov çıxışında Aprel döyüşlərinin bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdiyini qeyd edib, ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən Lələtəpə yüksəkliyinin alınmasını, aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işlərinin aparılması, yeni qəsəbə salınması, ata-baba yurdlarından didərgin salınan insanların geri dönməsini önə çəkərək torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş övladlarımızın qanının yerdə qalmayacağını bildirib.

Tədbirdən sonra deputat ofisində sakinlərin növbətini qəbulunu keçirib. Xüsusilə sosial yönümlü məsələlər, şəxsi məişət problemləri, işlə bağlı problemlər müzakirə mövzusu olub. Millət vəkili Novruz Aslanov mövcud problemlər barədə əlaqədar qurumlarla daimi əməkdaşlıq sayəsində bir çox problemlərin həll edildiyini sakinlərin diqqətinə çatdırıb.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!