Rafael Cəbrayılov:”Ədalətli məhkəmə audio-video çəkilişdən qorxmamalıdır!”

2019-04-05 18:28:17 / 1764 dəfə oxunub

Millət vəkili Rafael Cəbrayılov Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə bağlı öz fikirlərini bölüşüb.

Qeyd edib ki, bu fərman məhkəmələrin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi, işlərə baxılmasının keyfiyyətinin yüksəldilməsi, cəzaların hümanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, aşkarlıq və şəffaflığın artırılması, ümumiyyətlə, ədalət mühakiməsinin prinsiplərinə ciddi riayət olunması istiqamətində tarixi bir addımdır:"Sahibkarların məhkəmələrə müraciətlərinin asanlaşdırılması, mülki işlərə baxılması zamanı ekspertizaların təyin edilməsi, ekspert rəylərindən geniş istifadə edilməsi, vergi, gömrük və s. mübahisələr üzrə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması da, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xidmət eden mühüm islahatlardandır. Hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatının yaxşılaşdırılması istiqamətibdə də müvafiq tədbirlərin görülməsi həmin fərmanın mühüm cəhətlərindəndir.Bu fərmanda bir cəhəti xüsusilə vurğulamaq istərdim. Məhkəmədə dindirilən şəxslərin ifadələrinin təhrif edilməsi, ümumiyyətlə, məhkəmə sübutları ilə bağlı narazılıqların obyektiv araşdırılması üçün məhkəmə prosesinin audioyazılarının aparılması, iclas protokollarının həmin audioyazılara uyğun tərtib edilməsi aşkarlıq və şəffaflığın artırılması istiqamətində mühüm islahatdır. Düşünürəm ki, bu islahat məhkəmələrdə aşkarlıq və şəffaflığın artırılmasında ciddi nailiyyətlərə səbəb olacaq. Həmin fərmanın icrası ilə bağlı qanunvericilik təşəbbüsü hüququnun subyektləri tərəfindən müvafiq qanun layihələri hazırlanaraq Milli Məclisə teqdim edilməli və qeyd etdiyim islahatların hüquqi bazası qəbul ediləcək yeni qanun və mövcud qanunlara ediləcək dəyişikliklərlə formalaşdırılacaq. Ümumiyyətlə, bu fərman hüquqi dövlət quruculuğu sahəsində ciddi nailiyyətlərə yol açan tarixi hüquqi aktdır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!