Prezidentin bir illik fəaliyyətinə həsr olunmuş tədbir

2019-04-08 16:57:37 / 1061 dəfə oxunub

Sabunçu rayonunda yerləşən Bakı Gənclər Evində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Sabunçu rayon İcra hakimiyyəti (RİH) ilə birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birillik fəaliyyəti ilə bağlı tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Sabunçu RİH-nin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Milli Məclisin deputatları Eldar Quliyev və Dilarə Cəbrayılova, Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov, Ekologiya və Təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və rayonun ictimai-siyasi fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu RİH-nin başçısı Adil Vəliyev bildirib ki, bu gün özlərini müxalifət adlandıran bəzi qüvvələr Azərbaycan xalqının iradəsi qarşısında tab gətirə bilmədiklərini dərk edərək, hər vəchlə suyu bulandırmağa, sosial şəbəkələrdə yalanlar, böhtanlar yaymağa çalışırlar. Lakin Azərbaycan xalqı hər zaman öz iradəsinin səsinə-səs verərək, bütün seçkilərdə Prezident İlham Əliyevi dəstəkləyirlər: "Bu, bilavasitə Heydər Əliyev ideologiyasının inkişafına və bu inkişafın Prezident İlham Əliyev tərəfindən uğurlu davamına göstərilən xalq dəstəyidir. Azərbaycan tərəqqi yolundadır və cənab İlham Əliyevin nəinki bir illik fəaliyyəti, bütövlükdə Respublikaya rəhbərliyini əks etdirən bütün dövrlər davamlı inkişaf və uğurlar dövrü kimi müasir tariximizə həkk olunub”.

Adil Vəliyev bütün bölgələrin və şəhərlərin sürətli inkişaf etdiyini bildirərək, Sabunçu rayonunda da aparılan işlərdən bəhs edib və xüsusilə gəncləri fəal olmağa, Prezident İlham Əliyev cənablarının ətrafında daha sıx birləşməyə çağırıb.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyev da öz növbəsində bildirib ki, bir il öncə, Azərbaycan xalqı prezident seçkilərində fəallıq göstərərək, cənab İlham Əliyevə səs verməklə Azərbaycanın daha güclü inkişafına səs verib: "Hər bir azərbaycanlı gənci, qadını, yaşlısı yaxşı bilir ki, bu günün inkişafı asan yolla əldə olunmayıb. Çünki bu inkişaf üçün çox zəhmətlər çəkilib, böyük işlər həyata keçirilib. Bu, bilavasitə Prezident İlham Əliyevin Azərbaycan xalqına, ölkəmizə olan sonsuz məhəbbətindən irəli gələn gerçəklidir. Əlbəttə ki, Sabunçu rayonunun da sakinləri seçkilərdə kifayət qədər fəallıq göstərdilər və bu gün bir daha əmin oldular ki, Azərbaycan inkişaf və tərəqqi yolunu davam etdirir, qarşıda isə ondan da nəhəng qələbə və zəfərlər bizləri gözləyir”.

Digər çıxış edənlər - millət vəkilləri Eldar Quliyev, Dilarə Cəbrayılova, eləcə də Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov, Ekologiya və Təbii sərvətlər nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev Prezident İlham Əliyevin dövlət başçısının birillik fəaliyyətinə toxunaraq qeyd etdilər ki, son bir ildə görülən işlər, həyata keçirilən beynəlxalq miqyaslı layihələr əslində, bir neçə ilin uğurlu işlərini özündə birləşdirir və analoqu olmayan bu siyasət məhz ölkə başçısı tərəfindən reallaşdırılır. "Azərbaycan xalqı daim, bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək və Azərbaycanımızın inkişafı, tərəqqisi üçün öz fəallığını artıracaq”, deyə natiqlər qeyd ediblər.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!