“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 83682 istehlakçıya xidmət edib

2019-04-09 10:25:55 / 4297 dəfə oxunub
SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "ASAN Xidmət” və "ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin etmişdir.
Cari ilin birinci rübü ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal”, 4, 5 saylı "ASAN xidmət” mərkəzlərinə və "Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad,İmişli,Masallı, Qəbələ, Quba, Mingəçevir,Şəki həmçinin Gəncə şəhərində yerləşən "ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 83 min 682 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilmişdir.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcəkdir.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!