“Qaçqınkom” keçmiş sektor müdirini məhkəməyə verdi – Cinayət işi açıldı

2019-04-11 10:15:46 / 1834 dəfə oxunub
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) Nəsimi rayonu sektorunun keçmiş müdiri Bəyverdi Novruzov və digər əməkdaşı Şahin Məmmədovun barəsində cinayət işi başlanılıb.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən şəxslərin cinayət işində zərərçəkmiş qismində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tanınır.

B.Novruzov və Ş Məmmədovun cinayət işinin ibtidai istintaqı prokurorluqda araşdırılaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun icraatına verilib və aprelin 23-də məhkəmənin hazırlıq iclası başlayacaq.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bu ilin əvvəlində müvafiq əmriylə komitənin Nəsimi rayonu üzrə sektor müdiri B.Novruzov tutduğu vəzifədən azad edilib. (Report)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!