147 şəhidin ailəsinə birdəfəlik ödəmə veriləcək

2019-04-12 10:01:21 / 2836 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti təzahürü kimi, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında 147 şəhid üzrə 222 vərəsənin də birdəfəlik ödəmə ilə təmin olunmasına dair qərar qəbul olunub. Ödənişin bir həftə ərzində həmin vərəsələrin hesabların köçürülməsi nəzərdə tutulub.

12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, ötən dövrdə onlardan artıq 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. (ONA)


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!