Putin var-dövlətinin SİYAHISINI açıqladı

2019-04-13 10:20:20 / 10013 dəfə oxunub
2018-ci ildə Rusiya prezidenti Vladimir Putinin gəliri 8,65 milyon rubl təşkil edib.

Bu barədə Kremlin saytında yerləşdirilən gəlirlərin deklarasiyasında bildirilir.

Rusiya prezidentinin mülkiyyətində iki mənzili (77 kvadrat metr və 153,7 kvadrat metr) və iki qarajı var. Dövlət başçısı QAZ-M2 və "Niva” avtomobillərinə sahibdir.

Rusiyanın baş naziri Dmitri Medvedevin gəliri isə Putinin qazancından 1,3 milyon rubl az olub.

Dmitri Medvedevin istifadəsində 47 sot torpaq sahəsi, mülkiyyətində isə sahəsi 367,8 kvadrat metr olan mənzil və iki avtomobil – QAZ-20 və QAZ-21 var. (oxu.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!