Bakı metrosunda süni havalandırmanın keyfiyyəti bir neçə dəfə artırılacaq

2019-04-13 10:54:41 / 291 dəfə oxunub

Bakı metrosunda istismar müddətini başa vurmuş 7 ventilyator bu il ərzində yenisi ilə əvəz ediləcək.

2018-ci ildə dünyanın aparıcı şirkətlərinin məhsulları arasında aparılmış monitorinqə əsasən, ən sərfəli, səmərəli və Bakı Metropoliteninin bütün tələblərini nəzərə alan variant kimi, Rusiyanın "Artyomovsk Maşınqayırma Zavodu "Ventprom” Səhmdar Cəmiyyəti seçilərək müqavilə imzalanmışdı.

Ventilyatorlardan 4-ü "VOM 24R”, 3-ü isə "VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı Metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Məhsuldarlığı ilə yanaşı, yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir.

Cari ilin may ayına qədər Bakıya gətirilməli olan 7 ventilyatordan ikisinin artıq quraşdırılması üzrə işlər başlayıb.

Yeni ventilyatorlar tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə artıracaq. Əvvəlki ventilyatorlar 20-30 kub.m/saniyə məhsuldarlıqla işləyirdisə, yeni nümunələrin havalandırma imkanı 60-70 kub.m/saniyədir.

Bundan savayı, 2019-cu il ərzində tunel və stansiyaların təbii havalandırılması istiqamətində də mühüm işlərə başlanılacaq. Bu məqsədlə dünyanın qabaqcıl istehsalçılarının məhsulları araşdırıb, tətbiqinin mümkünlüyü, səmərəsi və digər texniki detalları öyrənilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!