Azərbaycanın ilk qadın maşinistini tanıyın - FOTO

2019-04-13 15:52:40 / 10657 dəfə oxunub
"İlk maşinist qadın olduğum üçün sevincliyəm”.

Sabahinfo.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu sözləri ilk qadın maşinist Günay Həbibli deyib. Onun sözlərinə görə, 2016-cı ildən metronun Memar Əcəmi stansiyasında qatarları qəbul edib yola salırdı: "Maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Özümü sınamaq üçün sənədlərimi hazırlayıb müraciət etdim.10 qadın maşinist namizəd arasından seçildim. Bu, mənim üçün böyük uğurdur.

Artıq aprel ayından etibarən maşinist olaraq çalışıram. Düşünürəm ki, bu böyük məsuliyyətdir. Gün ərzində metrodan minlərlə sərnişin istifadə edir və biz onların qatarlarda təhlükəsiz şəkildə aparılmasına cavabdehik. İşimi sevirəm və həvəslə görürəm. Bəlkə də ona görədir ki, bu iş mənim üçün heç də çətin deyil”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!