Polis oğurluq edən bu şəxsi axtarır - Müşahidə kamerasına düşüb (FOTO)

2019-04-13 18:02:13 / 3164 dəfə oxunub

Tovuzda polis oğurluq edən bu şəxsi axtarır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz şəhərində evlərin birində oğurluq hadisəsi baş verib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Təhlükəsizilik kamerasından götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-34; (055) 333-93-93 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!