“FACEBOOK” GÜNDƏMİ

2019-04-15 14:28:47 / 18627 dəfə oxunub

"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki, SABAHİNFO.AZ saytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:

***

Kəramət Böyükçöl: Bir dəfə Rəşad Məcid mənə zəng elədi, çağırdı, məni qabağına qoyub iki saat danladı. İçmə, istedadlı adamsan, niyə özünü məhv edirsən-filan... Müəllimin sevgi ilə dediyi sözlərin qarşısında boynumu büküb ayağa qalxdım, dedim, haqlısınız, düz deyirsiniz, icazə verin gedim. Otaqdan çıxdım. Aradan 5 dəqiqə keçmədi ki, Rəşad müəllim təzədən zəng elədi:

- Ə, hardasan?

- Müəllim, burda, binadan indi çıxıram...

- Qayıt gəl bura...

Gəldim ki, Rəşad müəllim bir dənə litirlik arağı qoyub stolun üstünə, iki dənə rumka, uşağı da göndərib kabab almağa.

Dedi, götür vuraq e, çox alçaq dünyadı. 

***

Nəzakət Məmmədova: "Xahiş edirəm məni heç nədə ittiham etməyin. Mən nə Mossada işləyirəm, nə BND-yə. Etsəz də, ədalətlə edin. Bəlkə də bu yazdıqlarım çox insanın xoşuna gəlməyəcək. Amma nə qədər ki, özümüzdə hər şeyin mükəməl, özümüzü dünyada ən ağıllı hesab edəcəyiksə, bundan o yana gedə bilməyəcəyik, əksinə tənəzzül edəcəyik. Uşaqlarımız intihar edəcək, biz də günahkar axtarışında olacayıq. Növbəti qurbana qədər ara sakitləşəcək sonra yenə eyni ssenari təkrar olacaq. Təklifim odur ki, bizim təlim-tərbiyə sistemimizdə mücərrədlikdən uzaqlaşaq və konkret olaraq İsrail, Yaponiya, Almaniya kimi qabaqcıl ölkələrin, ümumiyyətlə Böyük Yeddilik ölkələrinin təhsil psixologiyası sahəsindəki təcrübəsindən istifadə edək. Eyni zamanda, həmin xalqların, xüsusilə yəhudilərin və ingilislərin uşağı tərbiyə üsullarından istifadə edək. Çarəsizik, yeni çarə axtarınca, niyə müsbət nəticəsi göz qabağında olan yaxşılardan istifadə etməyək?! Düşündünüzmü, necə olur ki, ingilislər yüzillərdir dünyanı idarə edir, yəhudilər çətinliklərdən keçib bir dövlət qurdular 22 ərəb ölkəsinin əhatəsində və üstəlik də ərazilərini genişləndirdilər?! Bunlar hamısı ağıllı gələcək nəsil, uşaqları düzgün tərbiyə sayəsində mümkün olub. Bizdən keçdi, biz böyük ola bilmədik, üstəlik torpaqlarımızı itirdik, ərazimiz kimi özümüz də kiçildik, acizləşdik, problemlərimizin həlli üçün dünya birliyi deyilən ədalətsiz topluma üz tutduq, amma onlar bizi kiçik, zəif görüb üz çevirdilər. Biz böyük olmadıq, heç olmasa böyüyən uşaqlar, gənc nəsil böyük vətəndaş, böyük insan, böyük millət ola bilsin! İtirilən torpaqları ola bilər biz alaq, ya da almayaq, onlar heç olmasa qalan torpaqları qoruyub-saxlaya bilsinlər. Çağdaş dünyada ağıllı, təhsilli, ən əsası daxilən özgüvənli insan olmadan bunlara nail olmaq mümkün deyil. Hər şeyin əsası millətin uşaqlarını necə tərbiyə etməsindən, ona necə münasibət göstərməsindən asılıdır. Dövlətin, cəmiyyətin uşağa münasibəti necədirsə, sabah böyüyən vətəndaşın da cəmiyyətə, dövlətə münasibəti bax, o cür olacaq! P.S. Bir milləti sevə də bilərik, sevməyə də, amma onların yaxşısını götürüb istifadə etməkdə bir qəbahət yoxdur. Bizim istifadə etdiyimiz telefonlar, maşınlar, texnologiya, silahlar, dərmanlar Avropadan, İsraildən gəlmir?! Bunları icad edən başlar ağılsız ola bilərmi?!"

***

Ayyət Əhməd: "Afaq Aslandan, metisden, bayram nursuzdan gelen İP de, corek de zehrimara donsun... Axi bu adamlarin dusuncelerinden (dusuncesizliklerinden) kim , ne exz edecek... ? Onlardan gelen İP sabun kopuyudur.... Teessuf ki, bezi media quruluslari sou biznesin yedeyinde gedir... Qorxuram ki bir azdan dilettant mugenniciklerin ayagi altina dussunler... Bax bele uzdeniraqlara meydan verirsiniz sonra cixib efirlerde mediani asagilayirlar. Bize agil oyretmeye , ders kecmeye heveslenirler... Ne bilim , belke , qafam sizin qafanizdan daha kasaddir, yanasmamin ufuqeri daha dar cercivede cerayen edir deye bele dusunurem. Amma bir onu bilirem ki, Solmaz Tohidinin 50 defe oxunan bir aciqlamasi cemiyyet ucun daha rasionaldi, neinki eqidesizlerin 2 milyon defe oxunan soz yigini... Mediani bu qeder ucuzlasdirmayin! Sonra da ozunuzu metbuat fedaisi kimi qeleme vermeye can atirsiniz... Her sey ortada... Vallah bezi parlament muxbirleri ve ciklerin yedeyinde gedenler jurnalistikani o qeder gozden saliblar, adam bir meclisde jurnalistem demeye xecalet cekir... Hetta intellektual bir cameədə "" Hansi deputatdan ne qeder alirsiniz?'' suali butun ovqatimi telx eledi... Bu qeder oxuyuruq, yaziriq, oyrenirik, gozumuzun nuru, barmagimizin zehmeti, beynimizin zekasi, mehsulu ile halal coreyimizi qazaniriq. Amma bele hallar adami icinden yixir...Vallah cemiyyete neyi versek, neyi telqin etsek , neyi asilasaq onu da ''yiyecek'. Xalqa ciddi materiallar, ciddi metnler vermek lazimdir,zennimce... Metbuat intellektual cemiyyetin formalasnasinda lokomativ, mayak rolunu oynayir... Bu missiyanin ohdesinden gele bimirikse, demeli, uduzmusuq... Bes media ile sosial sebekenin ferqi nedi ? Medianin qizil qaydalari, prinsipleri var... O prinsiplere xeyant etmek xalqa xeyanetdir... Media ciddi bir sahedir... Bir fransiz jurnalistem deyende onua intellektual ve agilli biri kimi yanasilir, bir azerbaycanli jurnalistem deyende dodaqlar qacir, baxislar biclesir, barmaqlar bir -birine sixilaraq saga- sola surusdurulur(manat, rusvet). Adama potensial mossenik kimi baxilir... Gelin , ozumuze hormet qoyaq...!"

***

Sənan Nəcəfov: "İlahi, insan nə qədər savadsız və savadsızlığına rəğmən özündən müştəbeh, müştəbehlikdən isə qudurğan ola bilər?

Xalqın "YANIdasız"- ay bədbəxt, hələ Xalqın yanında ol, sonra sızarsan. Sözü necə eşidirlərsə, necə şivə və ləhcə ilə deyirlərsə, elə də yazırlar. Və özlərini də blogger sayırlar e, bu təkər qaraldanlar.
İkinci cavab başqa mövzudu. Bunlar hamısı kiçik faşist, manyak, qaniçənlərdilər. Yəqin ki, eşitmisiniz, Afrikanın Banan respublikalarından birində rəhbər olmuş adamyeyən prezident "seçki" təşkil edir. Bu adamyeyəndən əlavə 3-4 nəfər namizəd də olur. Yani adamyeyən demokratdır da. Seçki bülletenində adamyeyənin adı 18-20-lik şriftlə, rəqiblərinin adı isə lupa ilə görünə biləcək qədər kiçik yazılır.
İndi bu küçük adamyeyənlər də eynisini edir. Misal üçün gətirdiyim sorğunun sualları etdikləriyüzdən biridir. Bunun əlində yalnız bir səhifə var belə seçim verir. Görün səlahiyyət sahibi olarsa nə baş verər? Və bu savadsız tipaj iddialıdır ee."

***

Xəqani Səfəroğlu: "3 şey heç vaxt geri qayıtmır: Vaxt, söz, imkan..."

***

Fərqanə Mehmanqızı: İdeal insanlar yoxdur sevdiyimiz insanlar var..Günaydin sevdiyimiz insanlar"

 ***

Samir Əliyev: "Bu günə qədər əksəriyyət özünü potensial kompensasiya alacaq şəxslər sırasında görürdü. Bu gün məlum oldu ki, xeyli insan kompensasiya və güzəştli ödəniş hüququndan kənarda qalıb".

***

Sahib Məmmədov: "Bir neçə gün əvvəl Ayna Sultaonovanın abidəsinin sol hissəsində dəmir-beton və daş konstruksiyalı binanın tikilməsi ilə bağlı yazı yazmışdım. Dar xiyabanda belə tkinti heç bir tikinti qaydalarına uyğun deyil. Ərtaf görnüşə ciddi xələl gətirir. Bundan əvvəl isə xiyabanın ərtafını hasarlamışdılar və ağaclara bir neçə il idi su verilmirdi. Mən bu barədə facebook hesabımda ötən ilin yayında yazıb xəbərdarlıq da etmişdim. İndi ağacların bir hissəsi quruyub və ETSN təbii ki, icazəverib ki, kəsin quru ağacları. Yerində də yondəmsiz bina tikilməsinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ya icazə verib, ya da sadəcə göz yumur. Mən bunu yazdıqdan sonra bəzi KİV-lər bu məsləni ictimailəşdirdi. Orqanlar başladılar bir-birinin üstünə atmağı. Nəhayət əks -hücuma keçiblər. Hətta bəzi KİV-ləri də bu əks -hücum kampaniyasına cəlb ediblər. Buyurun "Bizim Yol" qəzetinin yanaşmasına görə burda hər şey əladır".

***

Nigar M. Məhərrəmova: "Yaxşı üsul tapmışam, rəsmilərdən kimsə danışmayanda deyirəm yerlinəm. Bizdə yerlipərəstlik güclüdür deyə, telefonun o başından bir dil açılır ki".

***

Qadir İbrahimli: "ABŞ səfiri deyir ki, Azərbaycan narkotiklərlə mübarizədə dünya lideridir...Babat məzələnib"

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!