Əli Həsənov: İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil

2019-04-15 14:31:18 / 1925 dəfə oxunub

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransına həsr olunmuş mətbuat konfransında deyib.

Baş nazirin müavini Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi haqqında danışarkən qeyd edib: "Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Erməni işğalındakı torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib".

Ə.Həsənov vurğulayıb ki, məsələ ilə bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub. Bundan sonra monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.

Baş nazirin müavini mətbuat konfransında Bakıda apteklərdə psixtrop tərkibli dərmanların satılması ilə bağlı sualı cavabında isə deyib ki, bunun qarşısı almaq üçün ciddi tədbirlər görülüb və bu gün elə bir şey mümkün deyil.

Ə.Həsənov qeyd edib ki, əvvəllər belə hal qeydə alınsa da, bu gün həmin faktlara rast gəlinmir.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!