Azərbaycandakı məşhur supermarketlərin sahibi qəflətən öldü

2019-04-15 14:38:40 / 1732 dəfə oxunub
"Bizim Market” mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib.

Sabahinfo.az-ın AzPolitika.info-ya istinadən məlumatına görə, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, qalmaqallı iş adamı olan Rasim Salmanov "Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, "Zövq İnşaat” tikinti şirkətinin, "Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, "Bakı”, "San Remo” və "Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən "Audi Bakı Mərkəzi”nin, "Cadillac Bakı Mərkəzi”nin və "Kilim mebel” salonunun sahibi idi .

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!