Azərbaycan Xalq Hərəkatı dağılma ərəfəsində

2019-04-16 09:30:48 / 1144 dəfə oxunub
Azərbaycan Xalq Hərəkatı təsis edildiyi gündən bir qarmaqarışığın, gərginliyin burulğanındadır. Təşkilat son dövrlər kövrək notlar üzərindədir və qurumun idarə heyətinin üzvləri arasında fikir ayrılıqları, münasibətlərdə narazılıq müşahidə olunur. Xüsusən də İsgəndər Həmidovun Tural Abbaslı ilə qarşıdurması AXH-də vəziyyəti ağırlaşdırıb. Belə görünür ki, daha bir müxalifət birliyi dağılmaq üzrədir, ömrü o qədər çox olmayacaq, bəlkə də son baharını yaşayır. Necə ki, əvvəl yaranan birliklər, bloklar da eyni aqibətlə üzləşiblər, içindən dağılıblar.

"Mən idarə heyətindən istefa verməmişəm. Sadəcə, fəaliyyətimi dondurmuşam ki, verilən qərarlara təsirim olmasın”.

Sabahinfo.az-ın məlumatına görə, bu sözləri "Yeni Müsavat”a İngiltərədə yaşayan Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin (İH) üzvü Qurban Məmmədov bildirdi. Onun sözlərinə görə, idarə heyətinin qərarlarına uyğun olaraq, AXH-də qalıb-qalmayacağını seçim edəcək:"Mən mübarizəmi yenə davam etdirəcəyəm. Lakin Xalq Hərəkatının İdarə Heyətindən istefa verib-verməmək iclasdan sonra bilinəcək. Mən ümid etmirəm ki, orada Tural Abbaslının çıxarılması məsələsi qoyulacaq”.


AXH İH-nin üzvü, AĞ Partiya sədri Tural Abbaslı isə bildirdi ki, bu qurum həssas bir dönəmin içindədir:"Bu vəziyyəti sınma nöqtəsi adlandıra bilərik. Əgər bu zamanı ağrısız, itkisiz keçirə bilsək, fəaliyyətini davam etdirəcəyik, gəldiyi kimi davam eləsə, mən təşkilatın yaxşı perspektivini görmürəm”.

T.Abbaslının sözlərinə görə, bəzi məsələlər partiya sədrlərini narahat edir:"Onlar həllini tapmalıdır. Ancaq mən o qədər də nikbin deyiləm. O ki qaldı mənim oradan çıxarılmağıma, başda İsgəndər Həmidov olmaqla, istənilən adamın məsələsini qaldıra bilərəm, istənilən adam da mənim məsələmi ortaya qoya bilər. Sadəcə, əsaslandırma olmalıdır. Biz partiyada müzakirələr aparmışıq, ola biləcək hadisələr və ona uyğun atılmalı addımlar barədə qərarımız hazırdır. Mənim idarə heyətində qalacağımı zaman və şərtlər göstərəcək. Bizə də xoş deyil ki, təsisçilərindən olduğum Xalq Hərəkatının işini yarımçıq qoyaq. Amma bəlli reallıqlar var”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!