İstanbulda polis əməliyyat keçirdi - 150-dən çox saxlanılan var

2019-04-16 10:04:26 / 1435 dəfə oxunub

İstanbulda xüsusi əməliyyat keçirilib. Sabahinfo.az-ın məlumatına görə, narkotik alverçilərinə qarşı keçirilən əməliyyat zamanı 150-dən çox şəxs saxlanılıb.

Qeyd olunur ki, əməliyyat 100 ünvan üzrə keçirilib. Əməliyyat çərçivəsində müsadirə olunan narkotik vasitələrlə yanaşı, odlu silahlar da aşkar edildiyi bildirilir.

Qeyd edək ki, sonuncu dəfə belə genişmiqyaslı əməliyyat Ankarada keçirilmişdi ki, həmin vaxt 241 nəfər saxlanılmışdı.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!