“FACEBOOK” GÜNDƏMİ

2019-04-16 11:54:13 / 17632 dəfə oxunub

"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki, SABAHİNFO.AZ saytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:


***

Səbinə Abdullayeva : Bizim dilimizdə Nəsimilər, Nizamilər, Füzulilər dünyada tanınan böyük əsərlər yazıb. Şah İsmayıl Xətai bu dildə dövlət idarə edib. Bəziləri isə hələ öyünərək kökü yeni və bəlli olmayan dilləri "forslanmaq" üçün danışır . Nəyin savaşıdır? Öz dilinizə sahib çıxmadan başqa dillər üçün bu qədər dil tökməyin)

 

***

Mütəllim Rəhimli:  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanlı həmkarı ilə Moskvada keçirdiyi görüşün nəticələrini şərh edərkən deyib ki, "Ermənistan tərəfi və mən bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. 2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında biz müzakirə apardıq. Əlbəttə bir görüşlə biz bütün məsələləri həll edə bilmərik. Bu günkigörüşün faydası ondadır ki, biz dərindən başa düşdük ki, hansı problemlər var və hansı problemlər aradan qaldırılmalıdır."
Görünür, 25 il keçəndən sonra, nəhayət, bizim xarici işlər naziri hansı problemin olduğunu və nə haqqında danışmalı olduğunu başa düşə bilib.

 

***

 

Anar Turan: Fransada qədim Notr-Dam kilsəsi yanıb. Sənət əsərinin, xüsusən də əsası qədim olan bir incəsənət-memarlıq nümunəsinin yanması heç də xoş hal deyil. Hətta ola da bilər ki, o kilsədən tarix boyu türk-müsəlman xalqlarına qarşı bəlkə də qərarlar verilib. Bəlkə də orta əsrlərdə həmin kilsədə çalışan yepiskopların ittihamları ilə nə qədər alimlər və ya digər peşə sahibləri cadugarlıqda ittiham olunaraq inkvizisiya tonqallarında yanıdırılıb. Lakin yenə də tarixi əhəmiyyəti olan bir binanın yanması xoş hal deyil. Amma burada günahkar bizim az qala hər cəhətdən özümüzə nümunə göstərdiyimiz fransızlardır. Fransanı bilmirəm artıq Avropanın bir sıra ölkələrində bəzi kilsələr satışa çıxarılıb. Təsəvvür edirsiniz? Mənəvi məbədgah hesab edilən binalar satılır. Hətta bir sıra kilsələr digər obyektlərə çevrilməsin deyə müsəlmanlar tərəfindən dərhal alınaraq məscidə çevrilib. Yəni bu kilsəinin yanmasında, ona biganə qalınmasında məsuliyyətsizlik edən fransızlar, lakin özümüzü sanki günahkar hesab edən bizlər. Elə bil biz yandırmışıq kilsəni !

 

***

Arzuman Abdulkərimov: "Öz dövlətinin maraqlarını satan "dipıomat”dan bundan başqa heç nə gözləmək olmaz. Söhbət keçmiş səfir Arif Məmmədovdan gedir. Bu zat yalançı şaiyələr buraxır ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanması gözlənilən Tərfdaşlıq Sazişində guya Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınıb.
Arifin Azərbaycandakı analoqu Əli Kərimli isə faylları tamamilə qarışdırıb.
Özünü Azərbaycan demokratiyasının monopolisti kimi təqdim edən bu komsomolçu bəy, ilk öncə deyir ki, bu sazişin imzalanacağına inanmır.
Sonra deyir ki, biz şübhəkənirik ki, bu saziş imzalanarsa orada Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınacaq. 
Digər yeredə isə deyir ki, ümumiyyətlə bu sazişin imzalanmasının əleyhinədir. 
Lap sonda isə deyir: bu sənədlər dövlətlərarası müqavilə olduğu üçün gizli saxlanılır.
İndi isə mənim "bəyə” iki sualım var. 
Əgər bu sənəd qapalı müzakirə olunirsa, səndə bu informasiya hardandır ki, orada ərazi bütövlüyümüzə şübhə ilə yanaşılır?
İkinci: nooldu, özünüzü öldürürdünüz ki, hakimiyyət Avropa İttifaqı ilə saziş bağlamır, indi niyə əleyhinə çıxırsınız?"

 

***

Azərbaycan Gənclər Fondu: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əmək haqqının qismən maliyyələşdirilməsi Fondun vəzifələri sırasına daxil edilmişdir.
#AzGF #youthfoundationaz#MinistryofLabourandSocialProtectionofPopulation #GMP

 

***

Aynur Namazova: "Kilsəni boş verin ey, Bərdə də "Araz" marketin müdiri niyə intihar edib?!"

***

Səməd Vəkilov: "İslamafobiyanın dərin kök atdığı Fransanın paytaxtı Parisin əsas simvolu hesab edilən Notr-Dam katolik kilsəsi yanır. Özündə dini və tarixi motivləri ehtiva edən bu kilsənin yanması bu tarixi abidənin məhv olması üzcüdür. Baxmayaraq ki, fransızlar bizim məscidlərimizə və tarixi abidələrimizə adekvat münasibət bəsləmirlər. Ən qorxulusu bilirsiniz nədir? Bu yanğın hadisəsini müsəlmanların üstünə yıxalar".

 

***

Zümrüd Abbas: "Kaş ki,27 il bundan öncə də "facebook"aktiv olardı,hər kəs Qarabağın üzərindəki qara buludların şəkilini çəkib paylaşardı.Bəlkə də bir anın içində bütün dünyanın diqqəti Qarbağda olardı,Fransa kimi...😔"
#Harayımızaçatanolmadı
#TalanolduKARABAKH😔😔😔

 

***

Anar Bayramoğlu: "Günlərdi Elina ilə bağlı yazılanları, statusları oxuyuram, izləyirəm. Donub qalmışam, matım-qutum quruyub. Belə əclaf müəllimlər, vicdansız həkimlər dünən də var idi, bu gün də var, sabah da olacaq. Qarğışla, "allah bəlasını versin" deməklə nəsə həll edilmir. #elinaücünsusma yaraq bu cəlladların ən sərt şəkildə cəzalandırılmasına nail olunmalıdır ki, Sevinc Abbasova kimi qudurğan, harınlamış direktorlar, müəllimlər, həkimlər bundan sonra məsuliyyətlərini dərk etsinlər, başqa elinalar ölməsin! Ətrafımızdakı insanların faciələrini gözardı etmək olmaz. Çünki bu faciədən, qəddarlıqdan kimsə sığortalanmayıb. .."

***

Niyaməddin Orduxanlı: "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hörmətli sədri Azay Quliyevin təşəbbüsü ilə yaradılan SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemindən istifadə etdik. Çox mükkəməl və asan xidmət yaradılıb. Təşəkkürlər, Azay müəllim!"

 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!