Komitə sədri: "Qadın din xadimlərinə ehtiyac getdikcə artır"

2019-04-16 12:16:23 / 2884 dəfə oxunub
"Bu gün Azərbaycanda məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur. Gələcəkdə xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi dinimizə və Qafqaz Müsəlmanları İdarəsinə bağlıdır. Bu, praktikada hələlik tətbiq olunmur".

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, Azərbaycanda din sahəsində çalışan və indi də icma rəhbəri olan xanımlar var: "Bizim qadınların bu və ya digər dini xarakterli məclislərində iştirakı üçün xanım din xadimlərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq İlahiyyat İnstutunda da kadrların hazırlığı aparılır".

M.Qurbanlının sözlərinə görə, xanımlara aid bəzi mərasimlər var ki, qadın din xadimləri orada iştirak və idarə edə bilər:"Hazırda bu cür məclisləri idarə edən xanımlar var. Bütövlükdə bu sahədə xanımların idarəçilikdə iştirakı məsələsi həm Dövlət Komitəsi, həm də QMİ tərəfindən müzakirə olunur. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən bir qədər artıq din xadimi maddi dəstək alır və onların içərisində qadınlar çox cüzidir".

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!