“FACEBOOK” GÜNDƏMİ

2019-04-17 10:08:04 / 16509 dəfə oxunub
"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki, SABAHİNFO.AZ saytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:

Şərif Ağayar:  Əlim dinc durmadı bir dəfə, müharibədə itkin düşən qohumumun adını "gugl"da axtarışa verdim, öz yazımda tapdım.

 

**

Fazil Mustafa: Tanınmış bir şairə münasibətimi sordular. Söylədim ki, Azərbaycan xalqının böyük şairidir. Ancaq mənim ədəbi zövqümün şairi deyil.

 

**

Kamran Əsədov: "Kommunist" qəzeti, 21 iyun 1957-ci il:

Fransa zəhmətkeşləri onların faşizm əsarətindən xilas edilməsi uğrunda qəhrəmanlıqla vuruşan azərbaycanlı partizanları unutmurlar. Rodez qəbiristanlığındakı matəm mitinqində çıxış edən polkovnik Rişard fransız xalqının Azərbaycan xalqına qarşı məhəbbətini belə ifadə etmişdi: "Fransızlar azərbaycanlı hərbi əsirlərin igidliyini unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəkdir ki, bu yerlərdən uzaqda olan, lakin hər bir fransızın qəlbinə yaxın olan azərbaycanlı dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər. Azərbaycanlı əsgərlərin qəbirləri bizim üçün müqəddəs ziyarətgah olacaqdır. Həlak olanların qəhrəman obrazı əbədi olaraq qəlbimizdə yaşayacaqdır".

 

**

Nazim Bəydəmirli: Mənim bir hacı dostum var idi İranda, deyirdi ki, kaş mən qəpik pulun üstü ilə altının (oryol və reşka) heç fərqini bilməyəcək qədər savadsız olardım..o zaman xoşbəxt olardım..
P.S. Çox bilmək və ya hər şeyi dərindən düşünmək insan övladını xoşbəxt etmir..illah ki, ədalətsiz cəmiyyətdə yaşayasan..


**

Emin Piri: "Belə baxıram, şəhər uşağı olsam da ömrüm kəndlərdə işləməklə keçib. Ağdam, Balakən, Yevlax, Siyəzən, Xızı kəndləri... Gələcəyi də Allah bilir haralarda olacam hələ"

 

**

Rəşad Məcid: "Laçın itirilmişdir!”...
Hərbi diktorun 1992- ci ilin mayında dediyi bu çümlə bütün kədəri , ağrısı , əzabı ilə yadımdadır! Hərdən beynimdə oyanır, təbəssümümü üzümdə dondurub boğazımda qəhərə dönür, bütün həyatımı alt-üst edib, miskinliyimi yada salıb gedir..."

 

**

Elşad Məmmədli: "Hətta ən çətin, ən dar, ən problemli anda belə düşünün ki, qarşıda hər şey yaxşı olacaq. Bəlkə qarşıda heç də hər şey yaxşı olmayacaq. Amma siz belə köklənməklə bu gün, sabah... və həmişə özünüzü yaxşı hiss edəcəksiniz, depressiyaya düşməyəcəksiniz, qarşıda olanları da vecinizə almayacaqsız... Öyrəşəcəksiz..."

 

**
Hacıbəy Heydərli: "Həqiqətən də bu Şəbnəmə ayrılan pullar Tovuzun Turan klubuna ayrılsaydı, Çempionlar Liqasının qalibi olardı..."

 

**

Rey Kərimoğlu: Əziz şəhid ailələri və Qazi (yəni Qarabağ əlilləri) qardaşlarımız!

Bildiyiniz kimi, 2001-ci ildə Şəhid ailələrinin, Qarabağ əlillərinin və müharibə iştirakçılarının kommunal və nəqliyyat güzəştləri ləğv ediləndə onların əvəzinə hər 3 təbəqəyə kompensasiya verilirdi. Son vəziyyət belə idi: 55 manat müharibə veteranlarına, 13 manat şəhid ailələrinə, 11 manat isə Qarabağ əlillərinə (pensiyalarının üstünə hesablanırdı) verilirdi. Müddətdən Atıq Xidmət edən Qarabağ əlilləri isə bunu almırdı. O cümlədən pensiyaya çıxan müharibə veteranlarının da 55 manatı kəsilirdi.

Azərbaycan prezidentinin 2019-cu il 25 fevral tarixli fərmanı ilə 55 manat 80 manat oldu və pensiyaya çıxan bütün müharibə iştirakçıları bu 80 manatı alacaq. Bunun üçün onlara ayrıca 80 manat məbləğində Prezident Təqaüdü təyin edildi. Çox sevindik və prezidentin bu addımını alqışladıq. Və təşəkkürümüzü bildirdik.

Amma Şəhid ailələri və Qarabağ əlillərinin kommunal və nəqliyyat güzəştlərinin əvəzinə müəyyənləşmiş kompensasiyasının məbləği qaldırılmadı. Bizə verilən şifahi rəsmi məlumata görə, Şəhid ailələrinin pensiyasının üstünə əvvəlki kimi 13, Qarabağ əlillərinin pensiyalarının üstünə isə 11 manat gələcək. Səbəb kimi də göstərilir ki, Şəhid ailələrinin və Qarabağ əlilləri Prezident Təqaüdü alır və onun məbləği 70 manat artırılıb.

Biz Qarabağ qaziləri olaraq düşünürük ki, bu ədalətsizlikdir! 80 manat kommunal və nəqliyyat güzəştlərinə görə nəzərdə tutulan 80 manat bütün Şəhid ailələrinə, Qarabağ əlillərinə, o cümlədən 20 yanvar əlillərinin hamısına verilməlidir! Niyə ayrı-seçkilik olmalıdır?

Dövlətimizin bu təbəqəyə göstərdiyi diqqət və qayğının üstünə kölgə salmaq niyyətimiz yoxdur. Xüsusi ilə hörmətli Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri kimi müsbət mənada fəaliyyəti həmişə diqqətimizdədir. Onu da qeyd edim ki, Şəhid ailələrinin, Qarabağ və 20 yanvar əlillərinin, müharibə veteranlarının hüquqların qoruyan təşkilatların nazirlik qarşısında qaldırdığı bir çox məsələlər həll edilib, bir hissəsi isə yüksək səviyyədə müzakirə edilir.

Amma bu məsələdə (80 manat) ədalətsizliyə yol verildiyi qənaətindəyik! Son günlərdə rəsmilərlə aparılan görüşlərdə də bu narazılığımızı və arzularımızı dilə gətirmişik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Prezidenti Administrasiyasında bu işlə məşğul olan, əziyyət çəkən hər kəsə minnətdarlığımız bildirməklə yanaşı yuxarıda qeyd edilən ədalətsizliyə narazılığımız da ifadə edirik!

Və xahiş edirik məsələni yenidən müzakirə edib cənab Prezidentin diqqətinə çatdırasınız.

 

**

Elçin Əlibəyli: "Parisdə baş verən yanğını bir bəşəri mədəniyyət abidəsinin məhv olma təhlükəsi kimi dəyərləndirmək lazımdır. Bu, artıq Fransanın deyil, insanlığın yaratdığı bir incidir. Fransaya qarşı mən də sizi kimi olduqca qəzəbliyəm. Türklərə qarşı nifrət və hay sevgisi məni biganə qoya bilməz. Bir neçə məqamda öz səhvlərimizi də etiraf edək:
1. Bütün başqa Avropa ölkələrindən fərqli olaraq fransızlar bura işğala, talana yox, öyrənməyə gəlmişdilər;
2.Versalda bizim mövqeyimizi məhz Fransa dəstəkləyirdi;
3.Azərbaycan mühacirləri məhz orada(!) özlərinə sığınacaq tapdılar;
4. Haylar güclü diaspor qurduqları halda, yüzlərlə soydaşımız orada fransızlaşdı və sözümüzü deyəcək təşkilat olmadı;
5. Heydər Əliyev, İlham Əliyev, Mehriban Əliyevadan başqa heç kim fransızlara gerçəyimizi çatdırmağa cəhd etmədi, əksinə bəzi səfirlər orada özünə mülk almaqla işini bitmiş saydı;
6. Yalnız dövlət səviyyəsində Fransada tədbirlər, sərgilər keçirildi, ayrı-ayrı fərdlər az iş gördülər. Toğrul Nərimanbəyov Şarl Aznavurdan qat-qat böyük idi və təkcə o yox, bir çox bu miqyasda adamlar daha böyük işlər görə bilərdilər. Amma baxın, Parisdə Şarl Aznavur son mənzilə necə yola salındı, Toğrul Nərimanbəyov necə? Onu haylar təşkil etmişdi, biz isə olduqca biganə qaldıq.
Sonda yenə böyük Üzeyir bəyin "Biz nə tövr iş görürük" felyetonunu yadınıza salmaq istərdim".

Mən Hüqo deyiləm və İrəvanda olan Göy məscid, Dəmirbulaq məscidindən heç bir əhvalat yaza bilmərəm. Dəmirbulaq məscidi mənim 10 yaşım olanda haylar tərəfindən yandırıldı və mən bunu gözlərimlə gördüm. Havadarlarından biri də Fransa idi! İndi fürsətdir bu yanğına dəstək kimi Parisdə meydana çıxaq, bir əlimizdə də 1988-ci ildə hayların yandırdığı məscidin şəkli. Bax bu olar iş!

 

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!