Müsavatda böyük çaxnaşma - Əslində, satqın kimdir? - FOTOLAR

2019-04-17 10:36:25 / 2576 dəfə oxunub
Musavat Partiyasının rəhbərliyində ciddi problemlər yaranıb.BakuPost xəbər verir ki, bu təşkilatın rəhbərliynə daxil olan şəxslər sosial şəbəkələrdə bir-birinə ağır sözlər yazırlar.

Öncə Müsavatın Divan üzvü Yadigar Sadıqlı özünün Facebook səhifəsində bu statusu yazıb:"Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız".


Bu iddiadan sonra Müsavat başqanının müavini Səxavət Soltanlı Yadigar Sadıqlıya aşağıdakı ağır cavabı verib:

"Əlbəttə ürək ağrısı ilə bu statusu yazıram.

Söhbət Müsavat Partiyasının və yüzlərlə ləyaqətli və vicdanlı müsavatçıya atılan böhtandan gedirsə, cavab verməmək mənim kitabımda yoxdur.

Deməli belə, Yadigar Sadıqlı bütünlüklə Müsavat Məclisini təhqir etdikdən, provakativ hərəkətlər etdikdən sonra növbəti dəfə müsavatçılar haqqında böhtan və yalan yayması, güya müsavatçılar kiminsə göstərişi ilə ona "satqın” deyiblər... (Belə bir fakt yoxdur, mümkün deyil) Bu müsavatçıları təhqir etməkdir.

Məsələnin mahiyyəti odur ki, Məclisdə etdiyi dözülməz davranışdan sonra hər kəs onun bu davranışını qınadı, ondan səhv etdiyini etiraf edib, üzr istəməsini tələb etdilər. O da müsavatçılardan dəstək görmədiyi üçün əsasən anti-müsavatçılardan və bu söhbətlərin detallarını bilməyən səmimi insanları çaşdırmaqla onların dəstəyin qazanmaq, Müsavat Partiyasına zərər vurmaq bahasına yalan və böhtan dolu status yazdı.

Statusa və mövzuya əlavə olaraq.
Siz siz olun, həyatda yaşadığı halda, fəaliyyət göstərdiyi müddətdə heç kim haqqında yüksək fikirlər yazıb özünüzü yazdıqlarınızın girovuna çevirməyin.

Siz siz olun, yalan-böhtan danışmayın. Bir dəfə yalan-böhtan danışdızsa, məcbursuz ki, növbətilərini uydurasız".



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!