Şəhid ailələri və Qarabağ əlillərinin övladları üçün keçirilən sosial layihə başa çatıb

2019-04-17 11:48:45 / 3363 dəfə oxunub

"Veysəloğlu” şirkətlər qrupunun təşəbbüsü və təşkilatçılığı, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, həmçinin "Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən sosial layihə başa çatıb.

Şirkətlər qrupundan Sabahinfo.az-a verilən məlumata görə, 3 ay davam edən layihədə iştirakçılara "Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) dərsləri ödənişsiz olaraq peşəkar səviyyədə tədris olunub. "Veb dizayn” layihəsində fərqlənən tələbələrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və "Veysəloğlu” şirkətlər qrupunun sertifikatları təqdim olunub.

Xatırladaq ki, "Veb dizayn” sosial layihəsində Qarabağ müharibəsində və aprel döyüşlərində şəhid olan, həmçinin əlillik dərəcəsi alan şəxslərin övladları, eyni zamanda yaxın qohumları iştirak ediblər.

Qeyd edək ki, "Veysəloğlu” Şirkətlər Qrupunun "Veb Dizayn" kimi kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!