Əkrəm İmamoğlu rəsmən İstanbulun bələdiyyə sədri oldu - MANDATINI ALDI

2019-04-17 18:28:13 / 3031 dəfə oxunub
Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində 48,8 faiz səslə İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu seçkilərdən 17 gün sonra sədr mandatını alır.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda 17 gün davam edən seçki mübahisələrinin, bir neçə qəsəbədə səslərin yenidən sayılmasının ardından Ali Seçki Komissiyası bu gün Əkrəm İmamoğluna bələdiyyə sədri mandatını təqdim edib.

Bununla da "Millət İttifaqı"nın namizədi kimi seçkilərdə qalib gələn siyasətçi bələdiyyə sədri vəzifəsinin icrasına başlaya biləcək.

Onu da qeyd edək ki, seçkilərdə uduzan hakim Ədalət və İnkişaf Partiyası İstanbulda seçki nəticələrinin ləğv edilməsi ilə bağlı Ali Seçki Komissiyasına (YSK) rəsmi müraciət edib. YSK yaxın günlərdə AKP-nin bu müraciətini də araşdırıb cavablayacaq.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!