Əli İnsanov müxalifətin ümidlərini heçə çıxardı - Açıqlama

2019-04-18 09:29:24 / 3179 dəfə oxunub
Sabiq səhiyyə naziri Əli İnsanovun prezident fərmanı ilə həbsdən azad olunmasından bir ay keçib. Əli İnsanov azadlığa çıxanda Milli Şuranın və bəzi digər müxalif təşkilatların onunla bağlı ciddi ümidlərinin yarandığı müşahidə edilirdi. Hətta onu öz tərəflərinə çəkmək üçün çabalar da başlanmışdı. Lakin aradan keçən bir ayda onların Əli İnsanova ümidləri reallaşmadı. Məlumata görə, əksər hallarda onun telefonu bağlı olur, zəng çatmır. Telefonu açıq olan vaxtlarda isə sabiq səhiyyə nazirinin həmin müxalifətçilərin zənglərinə cavab vermədiyi deyilir.

Sabahinfo.az xəbər verir ki, ekspert Məhəmməd Əsədullazadə bu barədə "Yeni Müsavat”a şərhində bildirib ki, Əli İnsanov həbsdə olanda Milli Şura onu fenomen sayırdı və onun timsalında iqtidara yeni cəbhə açmaq istəyirdi. İnsanov obrazında mübarizə simvolu mifi yaratmışdılar. Məqsəd İnsanovu öz tərəflərinə çəkməkdən ibarət idi. Məhz İnsanov Milli Şuranın bu siyasətindən xəbərdar idi və özünün Milli Şuraya xərclənməsinə getməyəcəkdi. Belə də oldu:"Həbsdən çıxdıqdan sonra da onun verdiyi müsahibədə dolayısı ilə bəyan etmişdi ki, müxalifət partiyalarına qoşulması gözlənilmir. Bu, o demək idi ki, o, Milli Şurada olmayacaq. Ümumiyyətlə, Əli İnsanovun aktiv siyasətə qayıdacağı şübhəli idi. Bəzi müxalif dairələrin gözləntisi puça çıxdı. Sabiq nazir bəzi müxalifətçilərin ümidlərini heçə çıxardı və bəzilərini umsuq etdi.

İnsanov yaxşı bilir ki, aktiv siyasətə qayıtmaq, qayıdacağı halda Milli Şura kimi qurumlarda olmaq onun növbəti səhvi olar. Hətta bu cür qurumlarla əməkdaşlıq etmək də onun səhvi olar".

Əli İnsanovun müxalifət partiyaları ilə yox, ayrıca olaraq siyasi fəaliyyətə üstünlük verəcəyini sübut edən daha bir məlumat dünən yayılıb.

Bundan başqa, Ə.İnsanovun fəal xarici yazışmalar həyata keçirdiyi, onun həbsindən sonra çıxışlar edərək, azadlığa çıxması üçün hakimiyyətə çağırışlar edən xarici siyasətçilərlə, beynəlxalq təşkilatlarla və dünyanın tanınmış elm xadimləri ilə təmaslar qurduğu da məlum olub.

Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!