“NBC BANK”ın KAPİTALI AZALIB – Bank zərərdə olduğunu elan edib

2019-04-19 09:50:34 / 6283 dəfə oxunub
"NBC Bank” 2019-cu ilə zərərlə başladı. "Kommersant.az” bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın faiz və gəlirlərin bu qəbildən olan növləri 4 mln. 584 min manat təşkil edib.

Qeyri-faiz gəlirləri 937 min manat olan "NBC Bank”ın qeyri-faiz xərcləri 2 mln. 329 min təşkil edib ki, bu da 3 mln. 192 min manat xalis mənfəətin əldə olunmasını bildirir. Bundan başqa bank vergilər ödənildikdən sonra 592 min manat zərərdə olduğunu elan edib. Qeyd edək ki, bank 2018-ci ilin hesabatında 1 mln. 149 min manat xalis mənfəət açıqlamışdı.

AKTİVLƏRİ VƏ ÖHDƏLİKLƏRİ ARTIB, CƏMİ KAPİTALI İSƏ AZALIB

"NBC Bank”ın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə 4 mln. 998 min manat artaraq 288 mln. 374 min manata çatdırıb. Bunun isə 212 mln. 489 min manatı kredit portfelinin payına düşüb. Bankın cəmi öhdəlikləri isə 2018-ci ilin sonu ilə müqayisədə 5 mln 595 min manat və ya 2.4% artaraq 230 mln. 869 min manata çatıb. "NBC Bank”ın cəmi kapitalı isə 598 min manat azalaraq 57 mln. 505 min manata bərabər olub.

"NBC Bank”ın kredit portfeli 8 mln. 20 min manat artaraq 212 mln. 489 min manat olub. Depozit portfeli isə 2018-ci illə müqayisədə 3mln. 79 min manat artıb. Belə ki, 2019-cu ilin 1-ci rübündə bank 225 mln. 798 min manat depozit portfelinə sahib olub.

MƏCMU KAPİTALI AZALIB

Açıqlanan hesabata görə bankın məcmu kapitalı 2018-ci illə müqayisədə əriyib. Yəni, 2018-ci ilin sonunda 57 mln. 88 min manat məcmu kapitala sahib olan bank cari ilin 1-ci rübündə 590 min manatlıq əskiklə məcmu kapitalının 56 mln. 498 min manat olduğunu bildirib.

Qeyd edək ki, banklar haqqında qanunu görə bankın məcmu kapitalı 50 mln. manatdan aşağı olmamalıdır.

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!