“FACEBOOK” GÜNDƏMİ

2019-04-19 11:13:56 / 6506 dəfə oxunub
"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki,SABAHİNFO.AZsaytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:

***

Akif Aşırlı: stanbulda axırıncı dəfə olanda Xoysklərin sonuncu yadigarı Leyla xanımla görüşdüm.Leyla xanım Fətəli xan Xoyskinin qardaşı nəvəsidir.Anası Cümhuriyyətin İrandakı səfiri Adil xan Ziyadxanlının qızıdır.Bu möhtəşəm soy -kökü özündə yaşadan xanım cox maraqlı ,həyatsevər ,istiqanlı və İstiqlalcıdır .Yaşı 90 -nı haqlayan Leyla xanımın səhhəti imkan verməsə də məni evində qəbul etdi və xeyli maraqlı məlumatlar verdi.Təəssüf ki ,söhbətinin əvvəli də , axırı da Azərbaycan olan Leyla xanım bu uzun illər ərzində Azərbaycana gələ bilməyib.Uzun söhbətdir.Vaxt tapıb İstiqlal tariximizin bu mücahid varisinin söylədiklərini qələmə almaga çalışacam"

***

İbrahimli Zaur: "Dünyada ən ürəkağrıdan məqam doğma insanın gizlətmək istədiyi kədəri onun gözlərində görməkdi..."

***

Samir Güləliyev:  "Təxminən 3 il olar bir səy gedə ayda 1-2 dəfə zəng vurur mənə. Telefonu açan kimi gedə qışqırır :"A Allahşükür, nətərsən?" 
Adama hər dəfə başa salıram ki, Allahşükür deyil, bu nömrə mənimdi. 
Dünən 3 dəfə zəng vurub yenə soruşur ki Allahşükür nətərsən? Qandıra bilmirəm. 
Bayaq yenə zəng gəldi həmin nömrədən. Axırda bezdim açdım telefonu və qərara gəldim ki buna Allahşükür olduğumu deyim. bəlkə əl çəkdi. Gedə yenə qışqırdı: 
-Ayə Allahşükür nətərsən?
-Sağ ol sən nətərsən? 
-Allahşükür, sənsən?
-Hə qardaş, mənəm, buyur
-A bə 3 ildi deyirəm Allahşükürsən, deyirsən yox? Dolamısan məni?
Ömrümdə belə error verməmişdim e))) Telefonu söndürmüşəm bayaqdan yığır. İndi buna təzədən necə başa salım ki mən Allahşükür deyiləm?"

***

 Aygül Ağayeva: "Ağudi abidəsi... Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 km məsafədə, Ağudi-Sisyan yolunun kənarında yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. 1400 ilə yaxın tarixi olan bu nəhəng qəbirüstü abidə indiyədək qalmaqdadır. Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç mərtəbəli quruluşa malikdir. Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir. Meydançanın ətrafında kiçik hasara alınmış, uçulub dağılmış qəbir yerlərinin nişanələri son vaxtlara kimi saxlanılmışdı. İkinci mərtəbə yanlarda dördbucaqlı şəkilli iki sütundan və ortada səkkizbucaqlı şəkilli bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir. Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir. Ağudi kəndi Sisyan rayonunun ən qədim azərbaycanlı kəndlərindən biri idi. Ermənistan parlamentinin qərarı ilə Ağudi kəndinin adı dəyişdirilərək Aqitu qoyulmuşdur. Hazırda ermənilər bu abidəni qədim erməni abidəsi kimi qələmə verməyə çalışırlar."

***

Aygül Ağayeva: "Dostluğumda o qədər sovet vətəndaşı var kı, səhifəmi vərəqləyəndə elə bilirəm SSSR də yaşayıram.."

***

Nurlanə Quliyeva: "Bu cəmiyyətdə qadın olmaq çox çətin və ağırdır....hələ də bir az gòzəl, cazibədar və ağıllısansa işin bitti.. salamını belə almaq şansı əldə etməyən "kişilər" in münasibətim olub böhtanları və paxıllıqla sənə yanaşan "xanımlar" in qeybətində boģulacaqsan..."

 ***

Eminquey: "Heç vaxt bacım olmadı, heç vaxt da atama qızı çay gətirmədi, yemək hazırlamadı. Bu üzdən həmişə anam olmayanda bu vəzifələri mən yerinə yetirmişəm. Heç mənim də bir oğul kimi toyumu görmədi. Ki, qızından görmədiyini gəlinindən görə. Amma o dünyasını dəyişdiyi gecə mən onun qızı oldum. Anam gələnə kimi onu elə ağladım ki, elə ağladım ki, görənlər heyrətə gəldi. Bunu sonralar anam dedi mənə. Dedilər ki, Akifin qızı yox idi, amma oğlu onu qızı kimi ağladı, qızı kimi. Hərdən fikirləşirəm, nə əcəb həmin gecə havalanmamışam? Nə əcəb ağlımı itirməmişəm? İndi hərdən anama da qızı kimi kömək edirəm bəzi işlərində. Birdən qayıdır ki, evlənəndə də mənə belə kömək edəcəksən? Xəstələnəndə baxacaqsan mənə? Bezməyəcəksən ki? Görürəm, yox, mama əməlli-başlı qorxur ki, evlənərəm, məni qızı kimi də, oğlu kimi də itirər. Deyirəm, ölməmişəm e, istəyirsən heç evlənməyim. Öz qız tərəfimlə evlənim, xoşbəxt olum "

***

Mənsur Rəğbətoğlu: "Şəbnəm Tovuzlu səhvini düzəldib. Qayıdıb ki, guya mən bilmirəm ki, Amerikanın paytaxtı haradır, Nyu-Yorkdu də."

***

Anar Tağıyev:  "O ağır günlərdə kimin statusuna nöqtə qoymuşdumsa qaytarsın...Təcili! Lazımdır..."

 ***

İlqar Orucov: "Tural Qarayev adlı birisi 14 yaşlı qıza qarşı xoşagəlməz hərəkətləri ilə gündəmə gəlib və hadisə cəmiyyətdə ciddi ictimai qınaqla qarşılanıb. İnanıram ki, hüquq mühafizə orqanlarımız hadisəni araşdıracaq və günahkar layiq olduğu cəzasını alacaq. Hadisədən dərhal sonra müəyyən qüvvələrin siyasi şou yaratmaq istəkləri, hadisəni zərərçəkmiş qızın atası Fuad Qəhrəmanlı ilə əlaqələndirmək cəhdləri başa düşülən deyil və nəhayət, sonradan məlum olur ki, iqtidara bağlı olduğu iddia etdikləri bu gənc oğlan elə müxalifət partiyasının üzvüdür..."

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!