Deputat kənd sakinlərininin şikayətlərini dinllədi

2019-04-19 12:11:49 / 4289 dəfə oxunub

Deputat Novruz Aslanov aprelin 18-də İsmayıllı rayonunun Qalacıq və İstisu kəndində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb.

Sabahinfo.az xəbər verir ki, qəbulda ətrafda yerləşən Çəmənli kənd sakinləri də iştirak ediblər. Sakinlər əsasən Çəmənli kəndində orta məktəbin tikintisinə və aşmış elektrik dirələrinin bərpasına köməklik göstərilməsini deputatdan xahiş ediblər.

Deputat yerindəcə əlaqədar qurumlarla telefon vasitəsilə əlaqə saxlayaraq problemi onların diqqətinə çatdırmış və həllinə köməklik göstərilməsini xahiş edib. Kənd sakinləri millət vəkilinə dəstəyə görə təşəkkür ediblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!