Keçmiş ReAL üzvü: "İlqar Məmmədov İlham Əliyevi dəstəkləsin" - QALMAQAL

2019-04-19 16:16:54 / 7912 dəfə oxunub
ReAl Partiyasının sabiq üzvü, tarixçi alim Altay Göyüşov müxalifəti tənqid edib.

A.Göyüşov sosial şəbəkədəki hesabında yazıb ki, Ümid Partiyasının sədri İqbal Ağazadə 2013-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevi dəstəkləyib, indi də Milli Şuranın sədri Cəmil Həsənli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə birgə müxalifətin tədbirində bir yerdə oturublar.

O, 2013-cü ildə Milli Şuradan istefa verən Eldar Namazov barəsində isə deyib ki, E.Namazov 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevi dəstəkləyib: "ReAl Partiyasının sədri İlqar Məmmədov da həbsdən çıxandan sonra Eldar Namazovla görüşüb, şəkil paylaşıb, məsləhətləşmələr aparıb. Məncə, elə siz də İlham Əliyevi dəstəkləyin, məsələ bitsin”.

İlqar Məmmədov isə bu çağırışı qəbul etmədiyini bildirib.

Cəmil Həsənli A.Göyüşovun dediklərində haqlı olduğunu qeyd edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə A.Göyüşovun mövqeyi ilə razılaşmayıb: "Böyük yanlışlığa yol vermisiniz. Şəxsimlə bağlı iradınız varsa, məni sevmirsinizsə, hörmət etmirsinizsə sizə deyəcək nəsə sözüm yoxdur. Buna borclu deyilsiniz. Lakin yolumla bağlı yalan və böhtanlara cavab verməyə, doğru olub-olmamasını sizinlə dartışmağa hazıram. İstəsəniz açıq dioloq edək və sosial şəbəkədəki dostlar da iştirak etsin. Mən addımlarıma və siyasi kursuma cavab vermək və arxasında dayanmaq iqtidarındayam”. (Report)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!