İsmayıllı gənclərinə “Günahsız günahkarlar” adlı tamaşa göstərilib

2019-04-19 19:55:11 / 4718 dəfə oxunub

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.6.2-ci bəndinə əsasən gənclər arasında insan alveri ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması dövlət orqanlarının qarşısında öncül vəzifə kimi qoyulmuşdur.

Bununla əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin iştirakı ilə Bakı Uşaq Teatrı tərəfindən Uşaq və Gənclərin inkişafı mərkəzində "Günahsız günahkarlar” adlı tamaşa göstərilib. 350 nəfər gənc müasir zaman üçün böyük tərbiyəvi əhəmiyyət kəsb edən səhnə əsərinə maraqla baxıblar.

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov gənclərin mənəvi ehtiyacını ödəmək səviyyəsində olan tamaşaya görə Bakı Uşaq Teatrının kollektivinə təşəkkürünü bildirib.

Rayon icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sevil Əhmədova tamaşaya baxışda iştirak edib.



Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!