Oqtay Əsədov MDB-nin Parlamentlərarası Assambleyasının iclasında iştirak edib

2019-04-20 09:12:40 / 9780 dəfə oxunub

Aprelin 19-u Sankt-Peterburqda MDB-nin Parlamentlərarası Assambleyasının 49-cu iclası keçirilib.

Sabahinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı iclasda Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə hüquq, iqtisadiyyat, maliyyə, elm və təhsilə aid 11 modal qanun layihəsi müzakirə olunub.

Təsdiqlənmiş sənədlər MDB ölkələrinin qanunlarında istifadə edilməsi üçün bu ölkələrin qanunverici orqanlarına təqdim edilib.

İclas çərçivəsində müdafiə, təhlükəsizlik, siyasi məsələlərə dair komissiyaların yığıncaqları da keçirilib.

Sonda tədbir iştirakçıları birgə mətbuat konfransı keçiriblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!