Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

2019-04-20 11:16:05 / 12644 dəfə oxunub
"Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” qərarda dəyişiklik edilib.

Bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsini nəzərdə tutan qərara görə, aşağıdakı dəyişikliklər edilib.

Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, 2
mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulma müddəti 24 gündən 20 günə endirilib.

Mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq qoşulması müddəti isə 12 gündən 10 günə salınıb. (oxu.az)

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!