Cavid Osmanov seçiciləri ilə görüşdü

2019-04-22 11:25:10 / 3058 dəfə oxunub

Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov rayonun Şəkili kəndində seçicilərlə görüşüb.

Görüşdə çıxış edən Cavid Osmanov Azərbaycanın dünyanın inkişaf etməkdə olan ölkələrindən birinə çevrildiyindən və beynəlxalq əhəmiyyətli layihələrin həm təşəbbüskarı, həm də icraçısı olduğunu vurğulayıb. C.Osmanov bütün bunların Azərbaycanın regionun lider dövlətinə çevrilməsi ilə nəticələndiyini  qeyd edib. Milli Məclisin deputatı rayonda icra edilən layihələr nəticəsində Ağdaşın simasının gündən-günə yeniləndiyini görüş iştirakçılarının diqqətinə çatdırıb və bütün bunların ölkə başçısının Ağdaşa xüsusi diqqət və qayğısından irəli gəldiyini vurğulayıb. Ağdaş rayonunda aqrar sahənin son illər daha da canlandığını və insanların əkin-biçin işlərinə marağının artması, eləcə də dövlətin kənd adamlarına, fermerlərə verdiyi güzəştlər xüsusi qeyd olunub.

C.Osmanov qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ildə andiçmə mərasimində söylədiyi: «Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.» fikirləri ölkəmizin növbəti 7 il üçün yeni hədəflərini müəyyənləşdirib.

Görüşdə çıxış edən kənd sakinlərindən Elşən Nəcəfov, Ağasəf Baxışov, Əbil İsmayılov, Qəzənfər Məmmədov, Mətanət Paşayeva və Kifayət Abbasova bildiriblər ki, ölkəmiz durmadan inkişaf edir, insanların sosial rifahı ildən-ilə daha da yaxşılaşır. Sabitliyin, ictimai asayişin və əmin-amanlığın bərqərar olduğu bir ölkədə yaşamağın özünün böyük bir xoşbəxtlik olduğunu qeyd edən görüş iştirakçıları vurğulayıblar ki, bütün bunlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Sonda Cavid Osmanov seçiciləri maraqlandıran suallara cavablandırıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!