Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir

2019-04-22 11:51:01 / 3635 dəfə oxunub

4 may, 2019-cu il tarixdə Bakıda "Təhsildə uğurlu idarəçilik: Ünsiyyət” mövzusunda beynəlxalq sertifikatlı seminar keçiriləcək. Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutacaq beynəlxalq seminar Azərbaycanda Qlobal Karyera İnstitutu və Makedoniyada fəaliyyət göstərən Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Qlobal Karyera İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, seminarda əsas məruzəçi qismində Beynəlxalq Balkan Universitetinin rektoru, professor Mehmet Dursun Erdem çıxış edəcək. Bundan başqa seminarda təhsil ekspertləri, Azərbaycanda bu sahədə çalışan mütəxəssislər, ali təhsil ocaqlarının nümayəndələri və tələbələrin iştirakı nəzərdə tutulub. Seminarın sonunda iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.

Məlumat üçün qeyd edək ki, Qlobal Karyera İnstitutu beynəlxalq səviyyədə bir sıra uğurlara imza ataraq dünyanın bir çox nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq edir. İnstitut Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dövlət Universitetiolan Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti və digər təhsil ocaqları ilə birlikdə təhsil sahəsində beynəlxalq seminar, konfrans və təcrübə mübadilələri həyata keçirir. Qlobal Karyera İnstitutunun Şimali Kipr Türk Respublikasında,  İstanbulda, Qazaxıstanda, Dubay şəhərində, Ukryana və Bakı şəhərində rəsmi nümayəndəlik mərkəzləri fəaliyyət göstərir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!