“FACEBOOK” GÜNDƏMİ

2019-04-22 12:15:21 / 4483 dəfə oxunub
"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki, SABAHİNFO.AZ saytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:


***


İradə Tuncay: "Hadisələr çox qanunauyğun şəkildə inkişaf edir. Danışırlar və danışdıqca batırlar...
Biz təhsilimizə,səhiyyəmizə inanmırıq,onlar da mətbuata...Hamımız haqlıyıq və bu mehribanlığı Allah əlimizdən almasın."


***

Aynur Camal: "İnsan, əlbəttə, dəyərlidir. Çox dəyərlidir. Amma dövlətdən, dövləti dəyərlərdən, hüquqdan, hüququn aliliyindən, haqq-ədalətdən və mənəviyyatdan daha dəyərli deyil. Əgər Dag boyda ogullar gözünü qırpmadan bu Dövlətə, bu Vətənə qurban gedirsə, şəhid olursa, bir məmur, bir xidmıtçi nədir ki, kimdir ki, Dəyərlərimizin üstündə tutulsun??? Dəyərlərdən yuxarıda yalnız Kainat var..."


***

Ceyhun Musaoğlu: "Şərif Ağayarın qəhrəmanlıq simvolu polkovnik-leytenant Raquf Orucova həsr etdiyi "Komandir" romanının Bakı Kitab Mərkəzində təqdimatı keçirildi. Çıxış edənlərin Murov qartalı və kitabın məzmunu barəsində söylədiyi fikirləri heyranlıq içərisində qəhərlə dinləyirdim.

Əfsanəvi Komandirin qəhrəman həyat yoldaşı Sevinc xanım və çıxış edən bütün dəyərli insanlar qələm adamlarını şəhidlər haqqında romanlar, ssenarilər yazmağa, rejissorları filmlər çəkməyə səslədilər.
Haqlı çağırışdır. Ədəbiyyatın, kinonun şəhidlərin qisasını almağımızda, Qarabağı işğaldan azad etməyimizdə rolu çox böyükdür. Unutmayaq, üzərimizə müqəddəs missiya qoyulub.
Çox sağolun, Şərif bəy, Aqil bəy, Rey bəy, Vüsalə xanım və Qarabağ mövzusunda istedadla yazan hər biriniz.
...Kitabı yolboyu 50 səhifə oxumuşam, əla yazılıb. Raquf Orucov kimi oğulları olan Vətən uduzmayacaq."




***

Taleh Şahsuvarov: "Oliqarx İqor Kolomoyskiy bir şoumeni prezident elədi, siz də deyirsiniz ki, Ukraynada demokratiya fontan vurur "

***

Fərqanə Əliyeva: "Hərzaman çıxılmaz olayları birdə kənardan səbirlə izləmək lazımdır.İşin mahiyyətini ozaman anlamaq olar ki,kimlər nələr edir hədəfə çatmaq üçün......
Şeytan insanın zəyif anın gözlədiyi kimi,şeytan insanlarda həmçinin insanların zəyif tərəflərindən istifadə edərək zərər vurmağa cəhd edir .

Amma mən əminəm ki,Şərrin qalibiyyəti Allahın hökmünə qədərdir!"


****

Könül Ayxan : "Günəş hər kəs üçün eyni doğar, amma gül başqa leş başqa qoxar".


****


Seva Salehli: "Heç vaxt məğlub olma, pes etmə! Əgər sən mübarizə aparırsansa talə sənə kömək edir".


***


Süleyman İsmayılbəyli: "Azərbaycana Formula-1 ideyasını gətirənin ölənlərinin ruhuna ağız dolusu salavat"


***


Xalid Vahidoğlu : "Bu gün yolum Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından düşmüsüdü. Avtovağzalın yaxınlığında bir dairə var. Günün istənilən vaxtında tıxac olan bir ərazidir. Son 2 ildə o yolda səhv etmirəmsə, ücüncü dəfədir təmir aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də həmin küçənin yaxınlığında yerləşir və yəqin ki, agentliyin rəhbərliyi də bu yoldan istifadə edərkən yaranan sıxlığın şahidi olur (Əgər o zaman yolu bağlamırlarsa). İndi isə dairəni böyütməklə yolu daha da daraldırlar. Hazırda şəkildə gördüyümüz bu dairəninin ərazisini iki dəfə böyüdürlər və görünən odur ki, təmirin sonunda yol daha da daralacaq. Həm avtovağlaza girən, həm avtovağzaldan çıxaraq Sumqayıt və şəhərətrafı qəsəbələrə gedən nəqliyyatın istifadə etdiyi yolu daraldaraq ortada böyük bir təpə yaratmağın səbəbi barədə yəqin ki, Agentliyin bir izahı var. Açıqlasalar biz də bilərik"


***


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi: Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub.Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açılışda iştirak edib.
Məktəbdə 6-9 və 9-13 yaşlar üzrə iki sinif fəaliyyət göstərəcək. Uşaqlara Ana dili ilə yanaşı Azərbaycan tarixi, coğrafiyası, qəhrəmanları, ədəbiyyatı da tədris ediləcək. Məktəbə yazılan azərbaycanlı uşaqların sayı 20 nəfərdir və hazırda uşaq qəbulu davam edir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!