“FACEBOOK” GÜNDƏMİ

2019-04-23 10:54:15 / 3136 dəfə oxunub
"Facebook” elə bir virtual məkandır ki, hər kəs burada özünü açıq-aydın ifadə edir, fikrindən keçənləri sərbəst şəkildə yazıb paylaşa bilir. Ona görə də bu gün gündəmin formalaşmasında ənənəvi və onlayn media ilə yanaşı, "Facebook”-un da rolu az deyil. Odur ki, SABAHİNFO.AZ saytı bu virtual sosial platformada paylaşılan, ictimai marağa səbəb olan və gündəmi müəyyənləşdirən mövzularla bağlı 10 ən maraqlı statusu oxuculara təqdim edir:

***


Vüsalə Mahirqızı: Sosial şəbəkələrin bəlkə də ən pis və ən yaxşı tərəfi budur: Hamı əlçatan olur və ədəb qalır adamın özünə. Bəzən adını-sanını bilmədiyin biri durub sənə peşəkarlıq dərsi keçir, sənin yerinə qərar verir, ya da mühakimə edir ki, sən bunu niyə belə eləməmisən. Başqa vaxt senzuradan danışırıq, nə bilim, qadağalar barədə fikir bildiririk. Amma heç kim içindəki senzoru boğa bilməyib. Başqalarına münasibətdə hamı demokratdı, özünə gələndə mühafizəkar. Demokratiya belə olmur, əzizlər. Demokratiya heç ömrünü bir sahəyə həsr etmiş adamlara burda "peşəkarlıq" dərsi keçib, məsləhət verməklə də olmur. Demokratiya fikrə, işə, düşüncəyə, sevmədiyin və razılaşmadığına sayğı göstərə bilməkdi. Sayğılar...

***


Eminquey: Deyirdilər ki, bizimkilər Biləcəridən o tərəfə keçə bilmir. Biləcəri yaxşıdu, atam, camaat indi "Formula"ya görə Azneftdən o yana keçə bilmir. Nəyi qoyub nəyi axtarısuz e


**

Nailə İsmayılova: Qışda bu qədər üşüməmişdim

***

Şəfəq Ağacan: Deyir, Lenin çox zarafatcıl idi. O kəndlilərə torpaq verəcəyini vəd edib hakimiyyətə gəlmişdi. Ancaq kəndlilər o torpağı heç bir zaman görmədilər.
Kəndlilər isə Lenindən də zarafatcıl idilər. Onlar Lenini hələ də torpağa həsrət qoyublar)

**

Cəsarət Hüseynzadə: Vergi sahəsində islahatlar sözün həqiqi mənasında alqışa layiqdir. Köhnə zamanlar nəyin necə olduğu hər kəsə bəllidir. Şükür Allaha həmin məsələlər aradan qaldırılıb. Sənədləşmə, xidmət və hesabat sistemində isə müəyyən problemlər yaşanmaqdadır. Ümid edək ki, qeyd olunan məsələlər keçid dövrünü xarakterik əlamətidir və tezliklə aradan qaldırlacaq.


**

Elnur Məmmədli: Deyirlər Bakıda 500 min sahibsiz it var. Sərvətdir, sərvət. Onları kəsib Çinə ixrac etməklə milyonlar qazanmaq olar. İndiyə kimi bunu niyə etməyiblər, məəttəl qalmışam!!

**

Vüsal Məmmədov: "Azercell'in müştəri xidmətlərində operator xanım şəxsiyyət vəsiqəmdəki şəklə baxıb, qayıtdı ki, "Bu, siz deyilsiniz". Aaaa… zibilə düşdük də! And-aman eləyirəm ki, vallah, mənəm! Necə ola bilər axı, mən olmayım?! Yanındakı həmkarını çağırdı, o da oxşatmadı. Üçüncünü, daha yaşlı bir əməkdaşı səslədilər. Gəlib, sənədi götürdü, ciddi-ciddi bir ora, bir mənə baxdı, "Gülməyin!",- dedi. Özümü yığışdırıb, ciddi, bir az da dramatik görkəm aldım. Amma bu, yekun verdiktə heç bir müsbət təsir göstərmədi, hökm amansız oldu:
- Siz deyilsiniz!
- Ay xanım,- dedim,- necə yəni, mən deyiləm axı?! İnanmırsınız, feysbuk profilimə baxın; adımı google-a yazın; nə bilim, youtube-da axtarış verin, çoxlu söyülən bir adam görəcəksiniz, baxın, mənəm, ya yox?!
Xeyri olmadı, identifikasiya krizisi getdikcə dərinləşdi. Adam özü olduğunu necə sübut etməlidir axı?! Sonda məcbur qalıb, gedib başqa sənədlər də gətirməli oldum…
Arıqlamağın belə zibilləri də var.

**

Məhəmmədəli Qəribli : Müşahidələr göstərir ki, xalq olaraq balet etməyi çox xoşlayırıq. Özü də yalnız əcnəbi futbol komandalarına deyil, həmçinin xarici ölkələrdə keçirilən seçkiləri belə. Görəsən, bizdə keçirilən seçkilərə necə, özümüzdən başqa balet edən olurmu?

**

İmdad Əlizadə: Taksidəyəm, qardaş bir əli ilə sükanı tutub, digər əli ilə də təsbeh fırlayır. Təsbeh də nə təsbeh, hər muncuğu qoz boyda))))) deyirəm belə avtomobil sürmək təhlükəli deyil? Cavab verir ki, vərdiş eləmişəm. Dedim ki, madam vərdiş eləmisən, mən səni sevimli vərdişindən ayıran deyiləm ki? Getdik ey)))))


**

İlqar Rəsul: SAHİBSİZLİYİN DOLAYI ETİRAFI

Deməli, qız uşağını öldürən şüurlu varlıqları tutmurlar. Nədən ki, sahibləri var, tutmalı olanlar bunu etiraf edə bilməsələr də.

Oğlan uşağını dişləyən şüursuz varlğın isə dər hal öldürülməsinə qərar verirlər. Həm də açıq-aşkar sahibsiz olduğunu əsas gətirərək.
Olsun, anladıq.
Yəni sahibsiz şüurludan məktəb direktoru və ya icra müavini olmaz, bunu bildik.
Sahibsiz şüurlu yeri gələndə etmədiyi cinayətə görə həbsdə də olar, bunu da bildik.

Bəs bu sahibsiz şüursuzun çöldə-bayırda nə işi var ki, gedib camaatın uşağın dişləsin?

Əlbəttə ki:
Arxalı köpəklərin qurd basdığı cəmiyyətlərdə sahibsiz itlər üçün sığınacaqlar tikilməsinə elə də önəm verilməz. Çünki sahibsiz itlərin qapa biləcəyi də elə sahibsiz insanlardı.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!