Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib

2019-04-23 12:32:26 / 821 dəfə oxunub

"Bildiyiniz kimi, BMT üzvü olan hər bir ölkənin illik hesabatını qəbul edir. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib, qondarma "Dağlıq Qarabağ respublikası"nın hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olub”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Azay Quliyev çıxış edərkən deyib.

O bildirib ki, hesabat rəsmi hesabat statusunda 6 dildə yayılıb:

"Buna müvafiq qurumlar tərəfindən münasibət bildirilməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyə qədər heç bir halda BMT tərəfindən belə qanunsuzluğa yol verilməmişdi. Təşkilatın qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən belə bir hesabat "Arsax" adı ilə qəbul olunsun? Bu məsələ araşdırılmalı, qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır”.


Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!