Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalanacaq

2019-04-23 12:50:32 / 910 dəfə oxunub

"Prezident İlham Əliyev dəfərlərlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçirilməsi mümkündür. Bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışırlar”.

Modern.azxəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri, Siyavuş Novruzov deyib. O bildirib ki, həmin qüvvələr müxtəlif bəhanələrlə bunu edirlər.

S.Novruzov vurğulayıb ki, ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var.

Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına maneə törədən qüvvələr ermənilərdir: "Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir.

Ermənilər bu sazişə əngəl olmağa çalışırlar. Saziş yüksək səviyyədə hazırlanıb, sazişin bu il mayın ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq”.


Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!